Acun Ilıcalıdan Özil və Babellə bağlı açıqlama

İngiltərənin Çempionşip klubu “Hall Siti”nin sahibi Acun Ilıcalı “Fənərbaxça”dan Məsut Özil və “Qalatasaray”dan Rayan Babelin mümkün transferi ilə bağlı məsələyə aydınlıq gətirib.

Komanda.az xəbər verir ki, Ilıcalı “Hull Live”-yə açıqlamasında, Özillə yaxın dost olduqlarına görə “Hall Siti”yə transfer olunacağı ilə bağlı iddiaların doğru olmadığını söyləyib:

“Məsut Türkiyədə xoşbəxtdir. Çox yaxın dostum Türkiyədə xoşbəxtdirsə, niyə İngiltərəyə qayıtsın ki? İngiltərədən Türkiyəyə yeni gedib və ailəsi ilə orada gözəl həyat sürür. Əminəm ki, o, problemlərin öhdəsindən gələcək”.

Eyni zamanda, Ilıcalı qış transfer dönəmində Rayan Babellə anlaşdıqlarını, “Qalatasaray”ın keçmiş baş məşqçisi Fatih Terimin də bu transferə razı olduğunu təsdiqləyib. Türkiyəli iş adamı transferin baş tutmamasının səbəbini də açıqlayıb:

“Qış transfer dövründə Babellə danışdıq. Onu bura gətirmək şansımız var idi, amma “Qalatasaray”da baş məşqçi dəyişincə transferi baş tutmadı”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button