“Arsenal”da qalmağımın iki əsas səbəbi var” – Obameyanq

İngiltərənin “Arsenal” klubunun futbolçusu Pyer-Emerik Obameyanq komandadakı vəziyəti ilə bağlı açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl London klubu ilə müqaviləsini yeniləyən qabonlu futbolçu, “topçular”da qalmasının səbəbini belə açıqlayıb:

“Açığı, yaxşı təkliflərim var idi, “Arsenal”dan ayrılmağı düşünürdüm. Amma burda azarkeşlərin və klubdakıların sevgisi fərqlidir. Başqa yerdə bu hissi yaşaya bilərdimmi, bilmirəm. Ona görə də, komandada qalmaq qərarına gəldim. “Arsenal”da qalmağımın iki əsas səbəbi var, bunlardan birincisi baş məşqçi Mikel Artetadır. O, ilk gündən bizə nikbinlik və yeni fəlsəfə aşıladı. Bunun vacib olduğunu düşünürəm, çünki onunla çalışaraq, inkişaf edə bilərəm. Hər kəs mənə çox yaxşı davranır, özümü evimdə hiss edirəm. Buna görə də, “Arsenal”da qalıram”.

Obameyanqın klubla müqaviləsi 2023-cü ilin yayında başa çatır.