Pioli onu “Milan”da görmək istəyir

“Latsio”nun müdafiəçisi Françesko Açerbi karyerasını “Milan”da davam etdirə bilər.

Komanda.az “ITASportPress”-ə istinadən xəbər verir ki, baş məşqçi Stefano Pioli futbolçunu Milan klubunda görmək istəyir. Mümkün sövdələşmənin təfərrüatları açıqlanmayıb.

Daha əvvəl Açerbinin karyerasını A Seriyasına yüksələn “Monza”da davam etdirə biləcəyi bildirilirdi.

Açerbi ötən mövsüm 36 oyun keçirib, 4 qol vurub və 2 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin