AÇ-də medal qazanmış güləşçilər mükafatlandırıldı

Bu gün Azərbaycan Güləş Federasiyasının prezidenti əvəzi Namiq Əliyev ötən həftə İspaniyanın Pontevedra şəhərində keçirilmiş gənclər arasında Avropa çempionatında medal qazanmış güləşçilərlə görüşüb.

Komanda.az xəbər verir ki, onlara AGF adından pul mükafatlarını təqdim edən qurumun rəhbəri bunları söyləyib:

“Bir müddət federasiyada problemlər yaşansa da, yenidən toparlandıq və ayağa qalxdıq. Əlimizdən gələni edirik. Sözsüz ki, prezident İlham Əliyevin dəstəyinin böyük rolu var. Bunun da nəticəsində iş gedir. Federasiya yumruq kimi birlik nümayiş etdirməlidir. Güləşçilər də onlara yaradılan şərait müqabilində bacarıqlarını göstərməli, üzərlərində maksimum dərəcədə işləməlidirlər. İnsan çalışmaqla hər şeyə nail ola bilər. Yığmada heç kimin yeri təmin olunmayıb. Heç kim zəmanət verə bilməz ki, burada əyləşən gənclərdən kimsə gələn il Tokio Olimpiadasında iştirak etməyəcək. Toğrul Əsgərov Olimpiya Oyunlarına yollananda cəmi 19 yaşı vardı. Səhvlərinizi təhlil edib, onları aradan qaldırmalısınız. Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclərin dünya çempionatına 1,5 ay qalıb. Mundiala daha yaxşı hazırlaşmaq lazımdır. Ümid edirəm ki, Avropa çempionatında gümüş və bürünc medal qazananlar dünya çempionatında daha yaxşı nəticələrə imza atacaq. Hamınıza uğurlar arzulayıram”.

Xatırladaq ki, gənclərin Avropa çempionatında sərbəst güləşçilərdən Turan Bayramov (65 kq) ilə Abubakr Abakarov (79 kq) qızıl, Asxab Həmzətov (92 kq) gümüş və İslam Abuyev (125 kq) bürünc medal qazanıb. Yunan-Roma güləşçilərindən Əsgər Əlizadə (60 kq) gümüş, Zaur Əliyev (55 kq) isə bürünc medalı boynundan asıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button