AÇ: Azərbaycan millisi Maltaya yenə məğlub oldu

Basketbol üzrə kişilərdən ibarət Azərbaycan milli komandası kiçik ölkələr arasında keçirilən Avropa çempionatında növbəti matçına çıxıb.

Komanda.az xəbər verir ki, serbiyalı mütəxəssis Aleksandar Trifunoviçin rəhbərlik etdiyi yığma yarımfinalda Malta seçməsi ilə qarşılaşıb.

Komandamız turnirə ev sahibliyi edən Malta komandası ilə yenə bacarmayıb. Milli yekunda parketdən 52:59 hesablı məğlubiyyətlə ayrılıb.

Xatırladaq ki, Azərbaycan yığması qrup mərhələsində məhz bu rəqiblə qarşılaşmış və 71:73 hesabıyla məğlub olmuşdu.