AÇ-2024: Püşkatma ilə bağlı detallar açıqlandı, Rusiya “ofsayd”da qaldı

UEFA 2024-cü ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsinin püşkatması ilə bağlı detalları açıqlayıb.

Komanda.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya AÇ-2024-ə ev sahibliyi edəcəyi üçün püşkatmada iştirak etməyəcək.

Rusiya isə Ukraynaya hərbi müdaxilə səbəbindən bu qitə birinciliyinə buraxılmayacaq. Həm FİFA, həm də UEFA Ukraynaya hərbi müdaxilə səbəbindən Rusiya yığmalarını və klublarını öz bayraqları altında keçirilən turnirlərdən kənarlaşdırıb.

AÇ-2024-ün iştirakçıları hərəsində 5 komanda olan 7 və hərəsində 6 kollektiv olan 3 qrupa bölünəcək. 10 qrup qalibi və eyni sayda qrup ikincisi final mərhələsinə yüksələcək.

Qalan 3 vəsiqənin sahibi isə 2024-cü ilin martında baş tutacaq pley-off oyunlarından sonra müəyyənləşəcək.

Azərbaycan və Ermənistan, Belarus və Ukrayna, Cəbəllütariq və İspaniya, Bosniya və Herseqovina ilə Kosovo, həmçinin Serbiya və Kosovo yığmaları siyasi məsələlərə görə eyni qrupa düşməyəcəklər.

Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button