AÇ-2022: Reqlament və təqvim açıqlandı

Məlum olduğu kimi, futzal üzrə AÇ-2022 yeni formatda keçiriləcək.

Komanda.az xəbər verir ki, final mərhələsi Niderlandda təşkil olunacaq qitə birinciliyində ilk dəfə 16 komanda mübarizə aparacaq. Bəs “16-lıq” necə müəyyənləşəcək?

Bu günlərdə UEFA rəsmi saytında yeni reqlament və təqvimi açılayıb.

Meydan sahibi Niderland mübarizəyə final mərhələsində qoşulacaq. Dünən başa çatan DÇ-2020-nin əsas seçmə mərhələsinin yekununa əsasən elit-raunda yüksələn 16 komanda – Azərbaycan, Belarus, Xorvatiya, Çexiya, Finlandiya, Fransa, İtaliya, Qazaxıstan, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Slovakiya, Sloveniya, İspaniya və Ukrayna isə seçmə mərhələni gözləyəcəklər. Qalan komandalar yarışa ilkin mərhələdən start verəcək.

İlkin mərhələnin oyunları gələn il yanvarın 29-dan fevralın 1-dək keçiriləcək. Komandalar 9 qrupa bölünəcək. Hər qrupda 4 və ya 3 milli yer alacaq. Qrup qalibləri əsas mərhələyə birbaşa yüksələcək. Qalan 9 qrup ikincisi və üçüncü yeri tutmuş 5 ən yaxşı göstəriciyə malik komanda isə pley-off oyunlarında iştirak edəcək. Bu 14 komandadan 7-si mübarizəni növbəti mərhələdə davam etdirmək hüququ əldə edəcək. Bu mərhələnin pley-off oyunları 2020-ci ilin aprelində keçiriləcək. Görüşlər ev-səfər prinsipi ilə keçiriləcək.

Növbəti mərhələdə 32 komanda hər birində 4 iştirakçı olmaqla 8 qrupda yarışacaq. Tarixdə ilk dəfə olaraq bu mərhələnin qrup oyunları ev-səfər prinsipi ilə keçiriləcək. Yəni hər bir komanda ilə iki görüş (evdə və rəqib meydanında) baş tutacaq. 8 qrup qalibi və ən yaxşı göstəriciyə malik 6 qrup ikincisi final mərhələsinə yüksələcək. Bu 14 komandaya Niderland da qoşulacaq. Son iştirakçının adı isə zəif göstəriciyə malik iki qrup ikincisinin pley-off oyunlarından sonra müəyyənləşəcək. Bu mərhələnin görüşləri 2021-ci ilin fevral, aprel və sentyabr aylarında keçiriləcək. Son iştirakçını müəyyənləşdirəcək pley-off oyunları isə 2021-ci ilin oktyabrında reallaşacaq.

Final mərhələsi isə 2022-ci il 19 yanvar – 6 fevral tarxilərində keçiriləcək.

Yarışın təqvimi

24 sentyabr 2019
Evsahibi olmaq üçün müraciət

7 noyabr 2019
Seçmə mərhələnin püşkatması

29 yanvar – 1 fevral 2020
Seçmə mərhələnin oyunları

13 feveral 2020
Seçmə mərhələnin pley-off oyunlarının püşkatması

Aprel 2020
Seçmə mərhələnin pley-off oyunları

14 may 2020
Seçmə qrup mərhələsinin püşkatması

1-2 fevral, 3-4 aprel, 5-6 sentyabr 2021
Oyun günləri

Sentyabr 2021
Pley-off-un püşkatması

Oktyabr 2021
Pley-off oyunları

2021-in sonları
Final mərhələsinin püşkatması

19 yanvar – 6 fevral 2022
Final mərhələsi

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button