AÇ-2022-nin məkanı bilindi

2022-ci ildə keçiriləcək futzal üzrə Avropa çempionatının final mərhələsini təşkil edəcək ölkə müəyyənləşib.

Komanda.az xəbər verir ki, UEFA İcraiyyə Komitəsinin Sloveniyanın paytaxtı Lyublyanada keçirilmiş iclasında Hollandiyanın evsahibliyi təsdiqlənib.

Həlledici mərhələnin oyunları 2022-ci il 19 yanvar – 6 fevral tarxilərində bu ölkədə keçiriləcək.

İlk dəfə AÇ-nin finalında 16 komanda iştirak edəcək. Görüşlər “Amsterdam Arena” və “Qroninq Arena”da keçiriləcək. Arenalar 12 min azarkeş tutumuna malikdi.

Seçmə mərhələnin oyunları isə 29 yanvar 2020-ci ildən başlayacaq və 2021-ci ilin oktyabrında yekunlaşacaq.

Qeyd edək ki, Hollandiyadan başqa Fransa və Portuqaliya da turnirə evsahibliyi etmək istəyirdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button