“AÇ-2020-yə vəsiqə qazanacağıq!” – Ramos

AÇ-2020-nin seçmə mərhələsinin 7-ci turu çərçivəsində Norveç yığması ilə 1:1 hesablı bərabərliyə razılaşan İspaniya millisinin kapitanı Serxio Ramos oyundan sonra açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, müdafiəçi, xal itirdikləri üçün təəssüfləndiyini bildirib:

“Son saniyələrdə xal itirmək çox təəssüfləndirici oldu. Məğlub olacağı halda, hər şeyini itirəcək komandaya qarşı oynamaq hər zaman çətindir. Son dəqiqələrdə Norveçin təzyiq göstərəcəyini bilirdik, amma istədiklərimizi və planlaşdırdıqlarımızı edə bilmədik. Bu oyunda qlaib gəlməyi çox istəsək də, alınmadı. Qarşıdakı oyunlara daha sakit çıxmalı və inamlı olmalıyıq. AÇ-2020-yə vəsiqə qazancağıq!”