AÇ-2020: Sponsorların nümayəndələri Bakıda

AÇ-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək 4 oyunu ilə əlaqədar Avropa çempionatının sponsoru olan şirkətlərin nümayəndələri Bakıya gəlib.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda “Alipay”, “Booking.com”, “FedEx”, “Hisense”, SOCAR və “Volskwagen” şirkətlərinin təmsilçilərinin iştirakı ilə təşkil olunmuş tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov salamlama nitqi ilə çıxış edib.

AÇ-2020-nin sponsoru olan qeyd edilən şirkətlərin nümayəndələri Bakı Olimiya Stadionu, həmçinin çempionat dövründə fəaliyyət göstərəcək Fan Zonanın yerləşəcəyi ərazi ilə tanış olublar.

2020-ci ildə Avropa çempionatının 4 oyunu Bakı Olimpiya Stadionunda təşkil olunacaq. İyunun 13-də, 17-də və 21-də A qrupunun 3 qarşılaşması, iyulun 4 isə 1/4 final mərhələsinin 1 matçı BOS-da keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button