AÇ-2020: Seçmə mərhələnin rəmzi komandası FOTO

AÇ-2020-nin seçmə mərhələsinin rəmzi komandası açıqlanıb.

Komanda.az xəbər verir ki, Türkiyə yığmasının müdafiəçisi Merih Demiral da UEFA-nın açıqladığı ən yaxşı 11 futbolçu sırasında yer alıb.

Rəmzi komandada Hollandiya və İngiltərə yığmaları hərəyə iki oyunçu ilə təmsil olunub.

Ən yaxşı 11 futbolçu bunlardır:

Qapıçı: Andrey Pyatov (Ukrayna);

Müdafiəçilər: Melih Demiral (Türkiyə), Serxio Ramos (İspaniya), Raqnar Siqurdsson (İslandiya);

Yarımmüdafiəçilər: Yoannis Kusulos (Kipr), Eran Zahavi (İsrail), Corcinyo Veynaldum (Hollandiya), Bernardo Silva (Portuqaliya);

Hücumçular: Memfis Depay (Hollandiya), Rahim Sterlinq, Harri Keyn (hər ikisi İngiltərə).