AÇ-2020: Pley-offun final cütləri dəqiqləşdi

AÇ-2020-nin pley-off mərhələsinin final cütləri bəlli olub.

Komanda.az xəbər verir ki, oktyabrın 8-də baş tutan yarımfinal qarşılaşmalarından sonra final mərhələsinə son 4 vəsiqəyə 8 iddiaçı qalıb.

A, B, C və D yolu üzrə mübarizə aparan komandalar oktyabrın 12-də həlledici matçlara çıxacaq. Bu cütlərdə Avropanın 12 şəhərində təşkil olunacaq AÇ-2020-nin son iştirakçıları bilinəcək.

AÇ-2020-nin pley-off mərhələsi
Final
12 oktyabr

A yolu
Macarıstan – İslandiya

B yolu
Şimali İrlandiya – Slovakiya

C yolu
Serbiya – Şotlandiya

D yolu
Gürcüstan – Şimali Makedoniya