Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya və Azərbaycanla qarşılaşacaq Slovakiya millisinin heyətində dəyişiklik edilib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Borussiya”dan (Münhenqladbax) milliyə dəvət olunan Laslo Beneş zədə səbəbindən heyətdən çıxarılıb. Bu barədə Slovakiya millisinin baş məşqçisi Pavel Hapal mətbuat konfransında deyib.

Laslonun əvəzinə “Breşiya”nın üzvü Nikolas Şpalek milliyə dəvət olunub.

Slovakiya yığması noyabrın 16-da Xorvatiya, 19-da isə Azərbaycanla qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button