Meydana girən azarkeşə 15 sutkalıq həbs və 2 illik qadağa

AÇ-2020-nin seçmə mərhələsinin 3-cü turu çərçivəsində keçirilən Rusiya – San Marino oyunu zamanı meydana daxil olan azarkeşin cəzası məlum olub.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 36 yaşlı azarkeşə 15 sutkalıq həbs cəzası verilib. Rusiya – San Marino matçının ikinci hissəsində meydana daxil olan şəxs, idman yarışlarında azarkeşlərin davranış qaydalarını pozduğu üçün cəzalandırılıb.

Onun iki il müddətinə rəsmi idman yarışlarının keçirildiyi məkanlara girişi də qadağan olunub.

Rusiya – San Marino matçı rusların 9:0 hesablı qələbəsiylə bitib.