“Ölkə olaraq 20 ildir bunu danışırıq, ancaq hələ bir zəfərimiz yoxdur”

AÇ-2020-nin seçmə mərhələsində Bolqarıstanı məğlub edən İngiltərə millisinin futbolçusu Harri Keyn açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, 4:0 hesabıyla bitən matçda het-trik edən Keyn, artıq bir turnir qazanmalı olduqlarını deyib:

“İngiltərə uzun müddətdir ki, heç nə qazanmır. Bütün oyunçular çempionluq istəyir. Ölkə olaraq 20 ildir bunu danışırıq, ancaq hələ bir zəfərimiz yoxdur.

Baş məşqçi Qaret Sautqeytlə oyunumuz daha yaxşılaşıb. Güclü heyətimiz var. İtaliya, İspaniya, Hollandiya, Fransa ilə rəqabət edə bilərik. Ancaq bunu böyük turnirlərdə etməliyik. Artıq nəsə qazanmalıyıq”.