Azərbaycanla oyundan əvvəl heyətdən çıxarıldılar

AÇ-2020-nin seçmə mərhələsində Azərbaycanla qarşılaşacaq Uels millisinin heyətindən iki futbolçu çıxarılıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, bunlar “Derbi Kaunti” klubunda forma geyinən Tom Lourens və “Lester”in qapıçısı Denni Uorddur.

Lourens səhhətində problem olduğuna görə Bakıya gəlməyəcək. Uord isə şəxsi işləri ilə bağlı məşçilər korpusundan icazə alıb və Azərbaycan millisiylə oyunun heyətindən çıxarılıb.

Sabah keçiriləcək Azərbaycan – Uels oyunu saat 21:00-da start götürəcək.