AÇ-2020-nin oyununda “meymun səsləri” – Oyun 2 dəfə dayandı

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstan – İngiltərə oyununda iki dəfə fasilə yaranıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb bolqar azarkeşlərin oyunun ilk hissəsində irqçi şüarlar səsləndirməsi olub.

Bolqarıstanlı azarkeşlər top Rahim Sterlinq və Taylor Minqsdə olarkən tribunadan meymun səsləri çıxarmağa başlayıblar.

Bolqarıstan millisinin kapitanı İvelin Popov hakim oyunu dayandıran zaman tribunalara yaxınlaşıb, azarkeşlərdən irqçi şüarlar səsləndirməməlirini tələb edib.

Bolqarıstan – İngiltərə oyunu qonaqların 6:0 hesablı qələbəsiylə başa çatıb.