Axtarışlar başladı – 5 azarkeş saxlanıldı

AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstan – İngiltərə oyununda (0:6) irqçilik edən azarkeşlərin axtarışına başlanılıb.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Sofiya polisi qarşılaşmada irqçi şüarlar səsləndirən 5 azarkeşi saxlayıb. Axtarışlar paytaxt Sofiyada və digər şəhərlərdə davam edir.

Bolqarıstan – İngiltərə oyunu zamanı baş verən irqçilikdən sonra yerli futbol birliyinin prezidenti Borislav Mixaylov istefa verib.

UEFA, sözügedən qarşılaşma ilə bağlı Bolqarıstan Futbol Birliyinə intizam işi açıb.