AÇ-2020-nin formatı dəyişir – Bakı siyahıdan çıxarılır?

AÇ-2020-nin formatı dəyişdirilə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Xəbərdə, UEFA-nın koronavirus pandemiyası səbəbindən yarışa ev sahibliyi edəcək şəhərlərin sayını azaltmaq istədiyi bildirilib. Final mərhələsinin bir ölkənin 4 stadionunda keçirilməsi də müzakirə edilir.

Dağlıq Qarabağda baş verən hadisələrə görə Bakı, həmçinin Sankt-Peterburqun siyahıdan çıxarılan ilk şəhərlər olacağı da iddia olunur.

12 ölkədə keçirilməli olan AÇ-2020 koronavirus səbəbindən 2021-ci ilə təxirə salınıb.