AÇ-2020: “İki oyundan sonra xalsız qalacağımızı təsəvvür etmirdik”

Futbol üzrə Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş AÇ-2020-nin qrup mərhələsi çərçivəsində İsveçrə yığmasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:

“Son oyundakı məğlubiyyət bizə daha pis təsir etdi. İnamımızı itirdik. İki oyundan sonra xalsız qalacağımızı təsəvvür etmirdik. Azarkeşlərin yığmadan çox şey gözləməsi futbolçuların üzərində təzyiq yaratdı. Gənc komandayıq. Uelsi udsaydıq, vəziyyət daha fərqli olacaqdı. İndi isə möcüzəyə bel bağlamışıq. 4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşmaq istəmirik. Çünki böyük hədəflərimiz var.

Tənqidlərə hörmətlə yanaşırıq. Biz özümüz də oyunumzdan narazıyıq. Ən yaxşılar arasında olmaq üçün buraya gəldik. İstədiyimiz nəticələri qazana bilmədiyimiz üçün məyusuq. Sabah daha yaxşı mübarizə aparmağa çalışacağıq.

Mətbuatda müxtəlif xəbərlər yayılır. Heç bir futbolçu ehtiyatda qaldığı üçün üzgün deyil. Oyunçular arasında münasibət qaydasındadır. Sadəcə, istədiyimiz oyunu göstərə bilmirik”.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə – Türkiyə matçına saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button