AÇ-2020-də ən yaxşı qola imza atan futbolçu mükafatına qovuşdu – VİDEO

Futbol üzrə Çexiya millisinin hücumçusu Patrik Şik AÇ-2020-nin ən yaxşı qolunun müəllifi üçün hazırlanmış mükafatına qovuşub.

Komanda.az xəbər verir ki, 25 yaşlı hücumçuya rusiyalı kalliqraf-rəssam Pokras Lampasın hazırladığı xüsusi kubok təqdim olunub.

Patrik Şik AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Şotlandiyanı 2:0 hesabı ilə məğlub etdikləri oyunda baxımlı qola imza atmışdı. Almaniyanın “Bayer” klubunda çıxış edən forvard 52-ci dəqiqədə topu mərkəz xətti yaxınlığından rəqib qapısına göndərmişdi.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button