Azərbaycan millisinin üzvü turun rəmzi komandasında

ABŞ-ın 2-ci liqasında – USL çempionatında 6-cı turun rəmzi komandası məlum olub.

Komanda.az xəbər verir ki, “Feniks Rizinq” klubunda forma geyinən azərbaycanlı futbolçu Rüfət Dadaşov da həftənin rəmzi komandasına seçilib.

Dadaşov komandasının son turda “El Paso”nu 3:1 hesabıyla məğlub etdiyi oyunda bir qol vurub, bir də məhsuldar ötürmə etmişdi. Rüfət Dadaşovla yanaşı, onun komanda yoldaşı – qapıçı Erik Dik də həftənin rəmzi komandasına düşüb.

Azərbaycan milli komandasının da üzvü olan hücumçu, bu mövsüm “Feniks Rizinq”lə 4 qol vurub.