ABŞ klubundan Ansi Aqolliyə yeni müqavilə

ABŞ-ın “Nyu-York Kosmos” klubu futbolçusu Ansi Aqolliylə yeni müqavilə imzalamaq niyyətindədir.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, “Nyu-York Kosmos” 37 yaşlı müdafiəçiyə yeni – bir illik sözləşmə təklif edəcək. Komandanın baş məşqçisi Karlos Mendes də Aqollinin daha bir il komandada qalmasını istəyir.

2019-cu ildə “Nyu-York Kosmos”a keçən Aqolli, 2012-2019-cu illər aralığında “Qarabağ”da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button