MLS-də 18 futbolçuda koronavirus aşkarlandı

ABŞ MLS-ində mübarizə aparan klubların kollektivləri koronavirus testindən keçirilib.

Komanda.az xəbər verir ki, bu barədə MLS-in mətbuat xidməti məlumat yayıb. Testlər nəticəsində 18 futbolçu və 6 klub işçisində virus aşkarlanıb. Virus aşkarlanan futbolçuların adları və klubları açıqlanmır.

Koronavirusa görə martdan dayandırılan MLS iyulun 8-də bərpa olunacaq.