“İrbahimoviç” FOTO

ABŞ MLS-ində “Los Anceles Qalaksi” “Toronto”nu 2:0 hesabıyla məğlub edib.

Komanda.az xəbər verir ki, “Los Anceles Qalaksi”nin hər iki qolunun müəllifi olan Zlatan İbrahimoviçin formasında səhvə yol verilib. Belə ki, İbrahimoviçin adı formada “İrbahimoviç” şəklində yazılıb.

Bu mövsüm “Los Anceles Qalaksi”nin heyətində 14 oyuna çıxan isveçli hücumçu, 11 qol vurub və 3 məhsuldar ötürmə edib.