“Arsenal”ın sabiq futbolçusu ilin ən yaxşısı seçildi

ABŞ-ın futbol çempionatı oln MLS-də ilin ən yaxşı qapıçısı məlum olub.

Komanda.az xəbər verir ki, bu, “Minnesota” klubunun oyunçusu Vito Mannonedir. Bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.

Mannone bu il keçirdiyi 46 oyunda 61 qol buraxıb, 11 matçda isə qapısını toxunulmaz saxlayıb.

2006-2013-cü illərdə “Arsenal”ın şərəfini qoruyan 31 yaşlı qapıçı hazırda icarə əsasında “Minnesota”da çıxış edir. O, müqavilə ilə Çempionşip təmsilçisi “Ridinq”ə məxsusdur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button