Federasiya koronavirusa görə hökumətdən yardım istədi

ABŞ Futbol Federasiyası koronavirus pandemiyasına görə yarana biləcək maliyyə böhranını aradan qaldırmaq üçün hökumətdən yardım istəyib.

Komanda.az xəbər verir ki, bu barədə ESPN telekanalı məlumat yayıb. Xəbərdə, ABŞ Futbol Federasiyasının müraciətinin qəbul olunduğu bildirilib. Maddi yardımın nə qədər olacağı isə açıqlanmır.

ABŞ-da koronavirusa yoluxanların sayı 792938 nəfərdir. İnfeksiya səbəbindən 42518 nəfər dünyasını dəyişib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button