ABŞ-da ilin futbolçusu müəyyənləşdi

ABŞ-da ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu, “Yuventus”un yarımmüdafiəçisi Ueston Makkennidir. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

İcarə əsasında “Yuventus”da çıxış edən 22 yaşlı futbolçu cari mövsümdə A Seriyasında 8, Çempionlar Liqasında isə 5 oyunda iştirak edib. Müqavilə ilə “Şalke”yə məxsus olan Makkenninin Turin klubu ilə icarə sözləşməsi cari mövsümün sonunadək nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button