ABŞ-da ilin ən yaxşı futbolçusu bəlli oldu

ABŞ-da 2019-cu ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu ada “Çelsi” klubunda forma geyinən Kristian Pulişiç layiq görülüb.

Bu barədə ABŞ Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. 21 yaşlı cinah yarımmüdafiəçisi səslərin 38 faizini toplamaqla digər həmkarlarını qabaqlayıb.

Cordan Morris (“Sietl”) ikinci (35 faiz), Ueston Makkenni (“Şalke”) isə üçüncü (13 faiz) olub.

Pulişiç ikinci dəfə Amerikada ilin ən yaxşısı seçilir. O, 2017-ci ildə də ən yaxşı futbolçu adına layiq görülmüşdü.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button