Abdullayevli “Boluspor”dan səfər qələbəsi

Futbol üzrə Türkiyə 1-ci liqasında 27-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Araz Abdullayevin formasını geyindiyi “Boluspor” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Qarabağ” və “Neftçi”nin sabiq məşqçisi Mehmet Akın çalışdırdığı “Ankaraspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.

Araz da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 90+3-cü dəqiqədə əvəzlənib.

27 oyundan sonra hesabında 32 xalı olan “Boluspor” 18 kollektiv arasında 12-ci pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button