Abdullayev oynadı, komandası evdə uduzdu

Futbol üzrə Kipr çempionatında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Araz Abdullayevin formasını geyindiyi “Etnikos” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Apollon”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Araz da bu görüşün iştirakçısı olub. O, 55-ci dəqiqədə meydana buraxılıb.

“Etnikos” 12 turdan sonra 5 xalla 12 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button