Aaron Lennon Super Liqa klubunda

Türkiyənin “Kayserispor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Super Liqa təmsilçisi İngiltərə yığmasının sabiq hücumçusu Aaron Lennonu transfer edib.

Bu barədə klubun prezidenti Berna Gözbaşı sosiaş şəbəkə hesabında məlumat yayıb.

O, 33 yaşlı futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacağını bəyan edib.

“Lids”in yetirməsi olan, karyerasının böyük hissəsini “Tottenhem”də keçirən Lennon, “Everton” və “Bernli”də də çıxış edib. İngiltərə yığmasında 21 oyun keçirmiş vinger, ilk dəfə legioner həyatı yaşayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button