A Seriyasının bərpa tarixi açıqlandı – RƏSMİ

Futbol üzrə İtaliya A Seriyasının bərpa tarixi müəyyənləşib.

Komanda.az xəbər verir ki, A Seriyasının rəhbərliyi ilə klublar arasında bu gün baş tutan videokonfransda mövsümün taleyi ilə bağlı yekun qərar verilib.

Qərara əsasən, ölkə çempionatın iyunun 13-də bərpa olunacağı bildirilib. Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb.

Digər qərara əsasən, İtaliyada klublar mayın 18-dən etibarən komanda şəklində məşqlərə başlaya biləcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button