A Seriyasının azı 6 klubu…

İtaliya A Seriyasının bəzi klubları yanvardan bəri futbolçuların məvacibini ödəməyib.

Komanda.az xəbər verir ki, bu barədə “La Repubblica” məlumat yayıb. Məlumata görə, A Seriyasının azı 6 klubu koronavirus səbəbiylə futbolçuları ilə məvaciblərin azaldılması üçün danışıqlar aparır. Buna görə də, həmin klublarda yanvardan bəri məvaciblər ödənilmir.

Futbolçular məvaciblərindən kəsiləcək məbləğin həqiqətən də əvəzedici heyət və yarıpeşəkar qadın komandalarına xərclənəcəyindən əmin olmaq istəyirlər.

İtaliya A Seriyası martın 10-dan dayandırılıb.