A Seriyasını tərk edən ilk klub məlum oldu

İtaliya A Seriyasını tərk edən ilk klub bəlli olub.

Komanda.az xəbər verir ki, 32-ci turda öz meydanında “Napoli”yə 1:3 hesabıyla məğlub olan “Kyevo”nun elitadan gedəcəyi dəqiqləşib. Sona 6 tur qalmış 20 iştirakçı arasında sonuncu pillədə qərarlaşmış bu klubun təhlükəli zonanı tərk etməsi artıq mümkünsüzdür.

İlk dəfə 2001/02 mövsümündə A Seriyasına yüksələn “Kyevo”, bu ilə qədər cəmi bir dəfə elitanı tərk edib. Klub növbəti mövsümdə İtaliya B Seriyasında mübarizə aparacaq.