A Seriyasında sentyabrın ən yaxşı oyunçusu

Futbol üzrə İtaliya A Seriyasında sentyabrın ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu barədə “Napoli”nin müdafiəçisi Kim Min Jae layiq görülüb.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Cənubi Koreyadan olan mərkəz müdafiəçisi sentyabrın ən yaxşı oyunçusu adı uğrunda sorğuda Rodriqo Bekao (“Udineze”), Merih Demiral (“Atalanta”), Teo Hernandes (“Milan”) və Sergey Milinkoviç-Saviçi (“Latsio”) qabaqlayıb.

Kim Min Jae ötən ay “Napoli”nin heyətində 6 oyuna çıxıb, 2 qol vurub. 25 yaşlı futbolçu Neapol təmsilçisinə bu yay Türkiyənin “Fənərbaxça” klubundan transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button