A Seriyasında iyulun ən yaxşı oyunçusu bəlli oldu

Futbol üzrə İtaliya A Seriyasında iyul ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, “Yuventus”un hücumçusu Paulo Dibala geridə qalan ayın ən yaxşısı seçilib.

Bu barədə turnirin rəsmi saytı məlumat yayıb. Argentinalı futbolçu iyulda meydana çıxdığı 6 matçda 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.