A Seriyasında dekabrın ən yaxşısı türk futbolçu oldu

Futbol üzrə İtaliya A Seriyasında dekabrın ən yaxşı oyunçusu müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu ada “Milan”ın və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu layiq görülüb.

Bu barədə A Seriyasının rəsmi saytı məlumat yayıb. “Milan”ın “10” nömrəsi ötən ay göstərdiyi performansla İtaliyada bütün futbolçuları geridə qoymağı bacarıb.

26 yaşlı futbolçu mükafatını A Seriyası çərçivəsində yanvarın 6-da keçiriləcək “Milan” – “Yuventus” qarşılaşmasından öncə alacaq.

Hakan Çalhanoğlu dekabrda A Seriyası çərçivəsində 5 oyuna çıxıb, 1 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.