A Seriyası klubunda yeni baş məşqçi – RƏSMİ

İtaliyanın “Cenoa” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, A Seriyasında çıxış edən Genuya təmsilçisi Tiaqo Mottaya tapşırılıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İtaliya millisinin sabiq üzvü bu postda ötən gün istefa verən Andrea Andreatsolini əvəz edib. 65 yaşlı mütəxəssis bu ilin iyunundan komandanı çalışdırırdı.

“Barselona”nın yetirməsi olan, Madrid “Atletiko”sunda, Milan “İnter”ində çıxış edən Motta 2008/09 mövsümündə “Cenoa”nın da şərəfini qoruyub. 2012-2018-ci illərdə PSJ-də forma geyinən Motta, son olaraq Paris təmsilçisinin U-19 komandasında məşqçilik edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button