“Düşünürəm ki, A Seriyası davam etdirilməyəcək” – Totti

İtaliyanın “Roma” klubunun sabiq futbolçusu Françesko Totti koronavirus pandemiyası səbəbiylə dayandırılan A Seriyası ilə bağlı açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, sabiq futbolçu, turnirin bərpa olunmayacağını bildirib:

“Düşünürəm ki, A Seriyası davam etdirilməyəcək. FİFA və İtaliya Futbol Federasiyası razılığa gəlməli olduğu üçün böyük qarışıqlıq yaranacaq. Hər şeyin düzəlməsi üçün uzun zaman lazımdır”.