“Neftçi”dən “Qəbələ” ilə heç-heçə

Azərbaycan Premyer Liqasında 4-cü tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış matçında “Sumqayıt” doğma meydanda “Qarabağ”ı qəbul edib. Ötən tur “Neftçi”yə məğlub olan Ağdam klubu bu turda qələbə qazanaraq, xal ehtiyatını artırmağı hədəfləmişdi. Dörd qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.

Turun daha iki görüşü dünən keçirilib. Geridə qalan 3 turda qələbə qazana bilməyən “Səbail” bu dəfə “Sabah”ı qəbul edib. Üç qolun qeydə alındığı matçda “dənizçilər” əzmkar qələbəyə seviniblər. Rəşad Sadıqovun rəhbərlik etdiyi “Zirə” isə “Keşlə”nin qonağı olub. Beş qolluq bu görüşdə də zirəlilər qələbəni bayram ediblər.

Tura bu gün keçirilən “Neftçi” – “Qəbələ” görüşü ilə yekun vurulub. Keçən tur “Qarabağ”a qalib gələn “ağ-qaralar” bu oyunda da qələbə qazanaraq, turnir cədvəlinin vahid lideri olmaq niyyətindəydi. Amma qarşılaşma heç-heçə bitib.

Azərbaycan Premyer Liqası, 4-cü tur

25 sentyabr

Sumqayıt – Qarabağ 2:2
Qol: Ə.Qurbani, 52. C.Xocaniyazov, 54 – K.Ovusu, 59. F.Ozobiç, 90+5.
Hakimlər:
Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Sumqayıt şəhər stadionu

Sumqayıt: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov.
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə.
Baş məşqçi: Ayxan Abbasov.
Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev.
Ehtiyat oyunçular: 12. Emil Balayev, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev.
Baş məşqçi: Qurban Qurbanov.

______________________________________________________________________________

26 sentyabr

Səbail – Sabah 2:1
Qol: Ə.İsmayılov, 56-pen. R.Əliyev, 71 – R.Şeydayev, 27-pen.
Hakimlər:
Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədirov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”

Səbail: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Ürfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov.
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 29. Amil Yunanov, 99. Bahadur Həziyev, 13. Əli Sadıxov, 77. Ədilxan Qarəhmədov.
Baş məşqçi: Aftandil Hacıyev.
Sabah: 1. Saşa Stamenkoviç (k), 7. Coşqun Diniyev, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqes, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev.
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 19. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev.
Baş məşqçi: Visente Qomes.

______________________________________________________________________________

Keşlə – Zirə 2:3
Qol: S.Rodriqes, 10. D.Klots, 54 – K.Bauk, 21; 68. D.Volkov, 79-pen.
Hakimlər:
Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”

Keşlə: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyuşko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriqes, 14. Turan Vəlizadə.
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Artur Batista, 16. Alvaro Tavares, 99. Rafael Məhərrəmli, 97. Xəzər Mahmudov.
Baş məşqçi: Yunis Hüseynov.
Zirə: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 17. Kayo Rangel, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 14. Rəşad Eyubov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 6. Ayxan Süleymanlı.
Baş məşqçi: Rəşad Sadıqov.

______________________________________________________________________________

27 sentyabr

Neftçi – Qəbələ 1:1
Qol: S.Buqrin, 90+4 – R.Muradov, 32.
Hakimlər:
Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Dalğa Arena”

Neftçi: 30. Aqil Məmmədov, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 10. Saman Nərimancahan, 13. Prins İbara, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 2. Cabir Əmirli, 19. Fəhmin Muradbəyli, 91. Tallison Dias, 29. Sabir Buqrin, 20. Mert Çelik, 4. Rener Alves, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 40. Vüqar Həsənov, 45. Əli Mürsəlov.
Baş məşqçi: Füzuli Məmmədov.
Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 77. Merab Giqauri, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 55. İdris İnqilablı.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov, 74. Yusif Nəbiyev, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 9. Ehtiram Şahverdiyev, 14. Cavid Hüseynov, 6. Kamal Mirzəyev, 99. Ceyms Adeniyi, 22. Rodriqo Qattas, 17. Yaovi Akakpo, 71. Rüfət Əhmədov.
Baş məşqçi: Elmar Baxşıyev.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button