8-ci turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 8-ci turun oyun cədvəli məlum olub.

Komanda.az xəbər verir ki, Tovuz şəhər stadionunda aparılan əsaslı təmir işləri ilə əlaqədar olaraq 1-ci dövrənin oyunu “Neftçi-2” – “Turan Tovuz”, 2-ci dövrənin oyunu “Turan Tovuz” – “Neftçi-2” kimi dəyişdirilib.

Sizi növbəti turun proqramı ilə tanış edirik:

Birinci divizion
8-ci tur

2 dekabr

“Kəpəz” – “Qarabağ-2”
Gəncə şəhər stadionu, 13:00.

“Keşlə-2” – MOİK
Bakı. “ASK Arena”, 14:00.

“Sumqayıt-2” – “Zaqatala”
Sumqayıt. “Kapital Bank Arena” (ehtiyat meydança), 14:00.

3 dekabr

“Qaradağ Lökbatan” – “Sabah-2”
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 14:00.

“Neftçi-2” – “Turan Tovuz”
Bakı. Türk Hava Yolları futbol mərkəzi (4-cü meydança), 14:00.