“700 oyun da keçirəcəm və sonra karyeramı bitirəcəm”

İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Fulhem”lə qarşılaşacaq “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “Fulhem”lə matçda baş məşqçi kimi 700-cü oyununa çıxacaq ispan mütəxəssis, gələcək karyerası ilə bağlı danışıb:

“700 oyun da keçirəcəm və sonra karyeramı bitirəcəm. Belə rəqəmə çatacağımı heç gözləmirdim. Az sayda məğlubiyyətlə 700 oyun keçirmək inanılmazdır. Ümid edirəm ki, gələcəkdə daha yaxşısını bacararıq”.

“Mançester Siti” – “Fulhem” oyunu bu gün, saat 19:00-da keçiriləcək.