70 milyon avroluq təklif – Bundesliqanın ən yaxşı futbolçusu üçün

“Mançester Yunayted” “Leyptsiq”in yarımmüdafiəçisi Kristofer Nkunku ilə maraqlanır.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar” futbolçunun transferi üçün 70 milyon avro təklif etməyə hazırdır.

24 yaşlı Nkunku ötən mövsüm bütün turnirlərdə 51 oyunda 35 qol vurub və 20 məhsuldar ötürmə edib.

Nkunku Almaniya klubuna 2019-cu ildə keçib. Onun “Leyptsiq”lə müqaviləsi 2024-cü ildə başa çatır.

Nkunku Almaniya Bundesliqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu seçilib.