“7 oyuna 6 xal yaxşı nəticə deyil, amma futbolçulardan razıyam”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, 39 yaşlı mütəxəssis qolsuz heç-heçəyə razılaşdıqları oyundan sonra keçirilən mətbuat konfransında bunları söyləyib:

“Həm Türkiyədə, həm də Bərdədə yaşanan faciəyə görə dünyalarını dəyişənlərə Allahdan rəhmət diləyirəm. İnaırıq ki, toprpaqlarımız yaxın günlərdə tam azad olunacaq. Ordumuza qüvvət arzulayıram.

Hər iki komanda əzmkar mübarizə apardı. İlk hissədə yaxşı qol epizodlarımız oldu. Fasilədən sonra rəqib üstünlüyü ələ keçirməyi bacardı. İntizamlı, baş məşqçinin dəst-xətti olan komandaya qarşı oynadıq. Hər oyun çətin keçir, hamı bir-birindən xal ala bilər. Çalışacağıq ki, bu mübarizədən qopmayaq. Getdikcə oyunumuz yaxşılaşır. Bu səbəbdən yuxarı pillələrə qalxacağımıza ümid edirəm. Əvvəlki matçlarla müqayisədə bu gün müdafiəmiz yaxşı oynadı, qol buraxmadıq. Futbolçularımı yaxşı oyuna görə təbrik edirəm.

7 oyuna 6 xal elə də yaxşı nəticə deyil. Amma futbolçulardan razıyam. Daha çox və ya daha az xalımız ola bilərdi. Bizim üçün əsas oyunumuzu inkişaf etdirməkdir. Bunu kənardan sezmək çətin deyil. Bu gün heyətimiz istənilən rəqabətə malik deyil. Ancaq həvəsdən düşmürük, nikbin düşünürük. Gənc futbolçularımız belə oyunlarda bərkiyirlər. Fikirmiz yerli futbolçuları inkişaf etdimək, miliyə qazandırmaqdır. Bu gün Rauf Əliyevi miliyə çağrımaq pis olmazdı. Olduqca mübariz keyfiyyətə malikdir. Milidə belə oyunçuya ehtiyac var. Başqa təcrübəli futboçularımız var ki, miliyə çağırıla bilərlər”.