Bundesliqanın bombardiri oldu – 7-ci dəfə

Futbol üzrə Almaniya Bundesliqasında 2021/22 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Komanda.az xəbər verir ki, bu, “Bayern”nin hücumçusu Robert Levandovskidir.

Polşalı futbolçu artıq geridə qalan mövsümdə 35 qol vurub. Bununla da, o, karyerasında 7-ci dəfə (ardıcıl 5-ci dəfə) Bundesliqanın ən yaxşı bombardiri olub.

Levandovski bu göstəricidə Münhen klubunun sabiq hücumçusu Herd Müllerə çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button