Super Liqa klubunun futbolçusu Azərbaycan millisinə çağırıldı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinə yeni futbolçu çağırılıb.

Komanda.az xəbər verir ki, Türkiyənin “Alanyaspor” klubunun futbolçusu Mustafa Yıldırım AFFA tərəfindən yığmaya dəvət edilib. Bu barədə “yenialanya.com” saytı məlumat yayıb.

Xəbərdə, 18 yaşlı hücumçunun 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yanvarın 18-dən 28-nə qədər Antalyada keçirəcəyi təlim-məşq toplanışında iştirak edəcəyi bildirilir.