55 yaşına kimi oynamaq istəyir – Buffon

İtaliyalı futbolçu Canluici Buffon karyerasını bitirmək barədə düşünmür.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, hazırda “Parma”da çıxış edən İtaliya millisinin sabiq qapıçısı hələ uzun müddət oynamaq fikrindədir. 44 yaşlı Buffon karyerasını bitirdikdən sonra futbol sahəsindən uzaqlaşacağını deyib:

“Karyeramı 55 yaşında bitirəcəm? Təxminən bəli. Uzun illər karyeramı bitirdikdən sonrakı həyatı düşündüm. Futbol sahəsində qalacağıma yüz faiz əmin deyiləm. Futbolu artıq bildiyim üçün, bəlkə də, başqa bir şey sınadım. Yeni şeylər öyrənməkdə maraqlıyam”.

Buffon 2001-2021-ci illərdə “Yuventus”da çıxış etdikdən sonra ötən il keçmiş klubu “Parma”ya qayıdıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button