50 milyon avro ödəməyə razıdırlar – Levandovski üçün

“Barselona” “Bayern”in hücumçusu Robert Levandovski üçün 50 milyon avro ödəməyə hazırdır.

Komanda.az “Sky Sport Deutschland”-a istinadən xəbər verir ki, Kataloniya klubu bu məbləğin sövdələşməni başa çatdırmaq üçün kifayət edəcəyinə əmindir.

Xəbərdə qeyd olunur ki, “Bayern” 33 yaşlı polşalını satmağa razılaşsa da, onun üçün qiyməti qaldırmaq və münasib əvəzləyici tapmaq üçün zamanla oynayır. Eyni zamanda, Münhen klubu “Barselona”dan gələn ikinci təklifə cavab verməyib. “Bayern” hələ də Levandovski üçün 60 milyon avro almaq istəyir.

Levandovski ötən mövsüm “Bayern”in heyətində bütün turnirlərdə 50 oyunda 46 qol vurub. Onun Münhen klubu ilə müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.

Bizi Telegramda izləyin