Stadnik Olimpiya Oyunlarına vəsiqə qazandı

Azərbaycanın qadın güləşçisi Mariya Stadnik Qazaxıstanın paytaxtı Nur-Sultanda keçirilən dünya çempionatında 1/8 final görüşünə çıxıb.

Komanda.az xəbər verir ki, 50 kq çəki dərəcəsindəki Stadnikin rəqibi rusiyalı Yekaterina Polişçuk olub. Görüş Stadnikin vaxtından əvvəl təmiz qələbəsi ilə yekunlaşıb – 11:0. 

Bununla da, Mariya yarımfinala və 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.